Salyanda ailə faciəsi: ər arvadını öldürdü

11:34 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda qətl hadisəsi baş verib.

 

Hafta.az-ın məlumatına görə, qətl hadisəsi Salyan rayonun Yenikənd kəndində baş verib.

 

Ailə münaqişə zəminində Yenikənd kənd sakini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsbəndərova Nuranə Eminəli qızını bıçaqlayaraq qətlə yetirib.

 

Ənvər İsbəndərov saxlanılıb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.